AXCP fəalı Asif Yusifli 4 ay müddətinə həbs edilib

AXCP Ali Məclisinin prezidium üzvü Asif Yusifliyə qarşı fırıldaqçılıq və sənədlərin saxtalaşdırılması ittihamı irəli sürülüb. Bu gün Nərimanov rayon məhkəməsi onu 4 ay müddətinə həbs edib. Bu barədə Turan-a AXCP rəhbərinin müşaviri Məmməd İbrahim bildirib. Məhkəmənin qərarını telefonla dövlət vəkili bildirib. İstintaqı DİN MCMBİ aparır. Məmməd İbrahim ittihamları uydurma və siyasi motivli hesab edir.